Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Milli Qəhrəman Eltun Xaləddin oğlu İsgəndərovun əziz xatirəsinə həsr olunmuş bələdiyyə komandaları arasında futbol idman növü üzrə "Samux Kuboku" oyunu keçirildi.

19 iyul 2018 | 16:00

Samux Kuboku yarışı başa çatdı. Samux Rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, rayon Polis Şöbəsinin və Mərkəzi rayon Xəstəxanasnın dəstəyi  ilə   ənənəvi olaraq hər il keçirilən Milli Qəhrəman Eltun Xaləddin oğlu İsgəndərovun əziz xatirəsinə həsr olunmuş bələdiyyə komandaları arasında futbol idman növü üzrə "Samux Kuboku" oyunu bu ildə keçirildi. Yarışı keçirməkdə məqsəd Milli Qəhrəman Eltun İsgəndərovun əziz xatirəsinin əbədiləşdirilməsi, gənclər arasında onun keçdiyi şərəfli xidmət yolunun və vətənpərvərliyin təbliğ olunması, rayonda  idmanın kütləviliyini  artırmaq, futbol idman növünə marağın daha da artırılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği idi. 06 iyun – 19 iyul aralığında keçirilən bu yarışda şəffaflıq və obyektivliyin təmin olunması məqsədi ilə oyunları AFFA-nın Gəncə hakimlər briqadasının hakimləri idarə etdi. 19 iyul 2018-ci il tarixdə Ağasıbəyli stadionunda baş tutan final oyunda Qarayeri qəsəbə komandası ilə Ağasıbəyli kənd komandası qarşılaşdı. 3 – 10 hesabı ilə bitən final oyununda Ağasıbəyli kənd komandası qalib gələrək Samux Kubokunun sahibi oldu. Qaliblər rayon İcra Hakimiyyəti başçısı tərəfindən kubok diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı.

Keçidlər