Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda gənc çağırışçılar hərbi xidmətə yola salındı

13 iyul 2018 | 16:00

Samux rayonunda gənc çağırışçıların hərbi xidmətə yola salınması təntənə ilə qeyd edilir. 13 iyul 2018-ci il tarixdə Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin birgə təşkilatçılığı, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai birliyinin Samux rayon bölməsi , Gəncə regional Mədəniyət və Turizm Şöbəsinin Samux rayon nümayəndəliyi və Ağsaqqallar Şurasının iştirakçılığı ilə gənc çağırışçıların hərbi xidmətə yola salınma mərasimi təşkil olundu. İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül qoyulması ilə başlayan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Cənab Alı Qocayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin rəisi mayor Nazim Çələbiyev, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai birliynin Samux rayon bölməsinin sədri Mirzəmməd Orucov, Ağsaqqallar Şurasının sədri Gəray Bayramov , Samuxlu Milli Qəhrəman Eltun İsgəndərovun atası Xaləddin İsgəndərov , gənc çağırışçıların valideynləri və başqa çıxış edənlər gənc çağırışçıları hərbi xidmətə yola salınması münasibəti ilə təbrik etdilər , xidmətlərində uğurlar arzuladılar. Gənc çağırışçılar daha sonra Azərbaycan Respublikasının Dövlət Bayrağını öpərək xidmət keçəcəkləri hərbi hissələrə yola salındılar

Keçidlər