Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Samux şəhər sakinləri ilə növbəti səyyari görüşü keçirildi.

10 iyul 2018 | 16:00

Samux  Rayon  İcra Hakimiyyətinin  başçısı cənab  Alı Qocayevin rayonun Samux şəhər  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə  Samux şəhər  inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Elşad Qasımov   kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Nəsibov Fazil Məsim oğlu Ağ yer deyilən yerdə pay torpaqlarının suvarılması üçün 1 ədəd subaryezan quyusunun qazılmasını xahiş etdi  .
2. Xəlilov Rövşən Şərəfxan oğlu pay torpaqlarının suvarılması üçün  Şəmkir-Samux-Goranboy su kanalında  daim suyun olmasını xahiş etdi.
3. Nuriyev Samir Fazil oğlu oğlu  şəhər və kanal  ətrafı  zibilliklərin təmiz saxlanılmasını  təklif etdi.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər