Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 2017-cı ildə sosial-iqtisadi inkişafın bəzi göstəriciləri

03 iyul 2018 | 16:00

2017-cı ildə Samux rayonunda fəaliyyət göstərın müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 162577,5 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 29,7% faiz cox məhsul istehsal etmişlər.Artımın əsas səbəbi kimi bir neçə faktorları göstərmək olar.
      Sənaye müəssisələri  və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən   2017- cı ildə 6740,9 min manatlıq və  ya əvvəlki illə müqayisədə 12,6% faiz çox sənaye məhsulu istehsal edilmişdir.
       Kənd təsərrüfatı,meşə təsərrüfatı və balıqcılıq üzrə 2017-ci ildə 75540,2 min manatlıq məhsul istehasal etmişlər ki, bu da  2016- cı ilin məhsul istesalından 21% çox məhsul istehsalı deməkdir.2017-cı ildə payızlıq və yazlıü dənli və dənli paxlalı bitkilərin 8596,0 hektar əkin sahəsindən  23989,0 ton  məhsul istehsal etmişlər. Orta hesabla hər hektardan əldə edilmiş məhsul  27,9 sentner olmuşdur. Dənli bitkilərdən əkin sahəsi üzrə  ən çox artım dən ücün buğda  bitkisində olmuşdur, belə ki, 2016-ci ildə 3582,0 hektar olduğu halda , 2017-cı ildə 5691 hektar olmuşdur. Məhsul istehsalı da müvafiq olaraq 2016- ci ildə 10641,0 ton olduğu halda, 2017- cı ildə 14938,0 ton olmuşdur.
      2017-cı ildə bir sra kənd təsərrüfatı məhsulları üzrə azalma müşahidə olunmuşdur.Bu xüsusilə pambıq, bostan bitkiləri sahələırində özünü göstərir.
      Tikinti sektorunda 39354,0 min manatlıq tikinti-quraşdırma işləri görülmüşdür . Bu ötən ilə nisbətən 3,6 dəfə çox tikinti quraşdırma işlərinin aparıldığını göstərir. 2016-cı ildə tikinti işlərinin həcmi 10899,0 min manatlıq olmuçdur.
       Nəqliyyat və anbar təsərrüfatı fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən il ərzində 3029,7 min manatlıq xidmət göstərilmişdir. 2016-cı ildə bu sektorda 2917,8 min manatlıq xidmət göstərilmişdir.
       İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 2017-ci ildə 702,5 min  manat olmuşdur. Bu ötən ilkindən  3,2% çoxdur.
       Ticarət: nəqliyyat vasitələrinin ntəmiri  qzrə 2017-cı ildə 37210,2 min manat olmuşdur ki, bu da 2016-ci illə müqayisədə 4634,7min manat yaxud 14,2%  çoxdur.
Samux rayonu üzrə açılmış iş yerlərinin sayı  2016-ci ildə 2134 nəfərə qarşı 2017-cı ildə 3934 nəfər olmuşdur.Bunun da 1022 nəfəri daimi iş yeridir.3934 nəfər iş yerlərinin, 963 nəfəri fiziki şəxslərin, 2912 nəfəri isə mövsümi və abadlıq işləri üzrə iş yerləridir, 59 nəfəri isə yeni yaradılmış müəssisə və təşkilatlarda fəaliyyət göstərir.2017-cı ildə iqtisadiyyatda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 285,4 min manat olmuşdur.2016-cı ildə muzdlu işçilərin orta aylıq əmək haqqı isə 261,5 manat olmuşdur.
2017-cı ildə məşgulluq mərkəzinə müraciət etmiş vətəndaşların sayı 956 nəfər olmuşdur.Bu vətəndaşların 348 nəfəri yaxud 36,4% işlə təmin olunmuşdur.Müqayisə ücün deyək ki, 2016-ci ildə işlə təmin olunmaq ücün müraciət edənlərin sayı 1350 nəfər, işlə təmin olunanların sayı isə 527 nəfər olmuşdur.

Samux Rayon Statistika İdarəsi

Keçidlər