Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda aprel şəhidi Fərman Əsədlinin xatirəsi anılıb

03 aprel 2018 | 16:00

Anım mərasimi şəhidin məzarı üstə Sərkar kənd qəbristanlığında təşkil olunub. Rayon rəhbərliyi, Fərman Əsədlinin təhsil aldığı orta məktəbin müəllim və şagird heyətinin, habelə onun ailə üzvlərinin qatıldığı anım mərasimində şəhidin mərdliyinindən söhbət açılıb, ruhuna dualar oxunub. Üç rəngli dövlət rəmzinin dalğalandığı  mərasimdə işğal altında olan torpaqlarımızın yaxın zamanda düşmən tapdağından azad olunacağına əminlik ifadə olunub. Xatırladaq ki, ötən ilin aprel ayında cəbhədə vəziyyət gərginləşən vaxt Fərman Əsədli qaynı Sadiq Əliyevlə birlikdə öz şəxsi avtomobilinə əyləşərək, Tərtər rayonuna döyüş bölgəsinə yollanıb. Məqsədləri cəbhədə vuruşan əsgərlərə yardım aparmaq və əllərindən gələn köməkliyi göstərmək olub. Səhər saatlarından cəbhə bölgəsində olan Fərman Əsədlinin avtomobili qızğın döyüşlərin getdiyi ərazilərin yaxınlığında - saat 16 radələrində ermənilərin atdığı ağır artilleriya atəşinə tuş gəlib. O və həmin vaxt avtomobili idarə edən Sadiq Əliyev yaralanıb. Onlar özləri Tərtər Rayon Mərkəzi Xəstəxanasına gəliblər. Hər iki xəstəyə müvafiq yardım göstərilsə də Fərman Əsədlinin həyatını xilas etmək mümkün olmayıb.

Keçidlər