Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda ibtidai sinif müəllimləri üçün maarifləndirici seminar keçirilib

04 aprel 2018 | 16:00

Qarayeri qəsəbə 1 məktəb-liseydə Samux Rayon Təhsil Şöbəsinin metodisti Sabitə Nəsibova tərəfindən “İbtidai sinif müəllimlərinə metodik köməkliklərin göstərilməsi” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarda yaxın ərazidə yerləşən 11 ümumi təhsil müəssisəsi üzrə 50 ibtidai sinif müəllimi iştirak edib.
Seminarın keçirilməsində məqsəd müəllimlərə metodiki cəhətdən köməklik və göstərişlərin verilməsi olub.
Tədbirin gedişatında Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbin, Qədli kənd ümumi orta məktəbin və Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseyin müəllimləri müxtəlif mövzularda çıxış ediblər. Keçirilmiş seminar diskussiya şəklində davam etdirilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər