Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda məkətəbəhazırlıq qruplarında çalışan müəllimlər üçün ixtisasartırma təlimi keçirilib

27 mart 2018 | 16:00

Təhsil nazirinin müvafiq əmrinə əsasən  2018-ci ilin mart-dekabr aylarında Samux rayon ümumi təhsil müəssisələri üzrə məktəbəhazırlıq qruplarında çalışan ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri təşkil edilir.
Samux şəhər 1 nömrəli məktəb-liseydə təşkil olunmuş təlimin birinci mərhələsində 25 məktəbəhazırlıq qruplarında çalışan ibtidai sinif müəllimi iştirak edib.
Qeyd edək ki, təşkil olunmuş təlim Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilir.

Keçidlər