Şriftin ölçüsü :

Saytın rəngi :

Samux şəhər 1 nömrəli məktəb-liseydə Bülbülün 120 illiyinə həsr olunmuş bədii gecə keçirilib

16 mart 2018 | 16:00

Samux şəhər 1 nömrəli məktəb liseydə digər ümumi təhsil məktəblərində olduğu kimi Bülbülün 120 illiyinə həsr olunmuş bədii gecə keçirilib.
Gecənin keçirilməsində məqsəd məktəblilərə Azərbaycan vokal sənəti və onun yaradıcısı dahi sənətkar Bülbülün həyat və yaradıcılığı haqqında ətraflı məlumat vermək olub.
Tədbirin gedişatında iştirakçılara Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı Bülbülün həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Tədbirin bədii hissəsində məktəblilər tərəfindən hazırlanmış müxtəlif səhnəciklər, musiqi ifaları və xalq çalğı alətlərində ifalar səsləndirilib.

Keçidlər