Home Contact Phone
background
  • Ünvan: AZ-5100, Samux rayon Samux şəhəri Heydər Əliyev prospekti 70
  • Faks: (0 2227) 5-11-44
  • E-mail: mail@samux-ih.gov.az

Xəbərlər

  • Samuxda Novruz bayramı münasibətilə ümumrayon...

    Samuxda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirildi.

    2019-03-19

    19 mart 2019-cu il tarixində Samux rayonunda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumrayon şənliyi keçirilmişdir. Şənlik Heydər parkında təşkil edilmişdir. Rayon İcra hakimiyyəti tərəfindən təşkil edilmiş şənlikdə rayonda fəaliyyət göstərən bütün müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi əlilləri, şəhid və aztəminatlı ailələr, idmançılar, musiqiçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edirdi.

  • Samux rayonunda “Bayram  yarmarkası” keçiril...

    Samux rayonunda “Bayram yarmarkası” keçirildi

    2019-03-18

    Samux rayonunda ənənəvi olaraq keçirilən yarmarkaların davamı kimi rayonun mərkəzində “Bayram yarmarkası” keçirildi. Keçirilən yarmarkada 1 ton ət və ət məhsulları, 150 kq quş əti, 100 kq balıq əti, 15 ton meyvə, 8 ton tərəvəz, 3000 ədəd yumurta, 430 litr süd, 90 litr qatıq ,5 tonda un və digər kənd təsərrüfatı və ərzaq məhsulları satışa çıxarıldı.

  • Samux rayonunda  “Şahin” hərbi-idman oyunu k...

    Samux rayonunda “Şahin” hərbi-idman oyunu keçirildi

    2019-03-16

    15 mart 2019-cu il tarixində Qarabağlar kənd tam orta məktəbdə "Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.1.9. yarımbəndinin icrası ilə əlaqədar rayon tam orta məktəblərin VIII və X sinif şagirdləri arasında “ Şahin “ hərbi-idman oyununun rayon birinciliyi təşkil olundu.

  • Samuxlu şagirdlər Qəbələ-Şəki-Zaqatala böl...

    Samuxlu şagirdlər Qəbələ-Şəki-Zaqatala bölgəsinin adət-ənənələri və təbiəti ilə yaxından tanış olacaqlar

    2019-03-15

    “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiyaya Samux məktəbliləri də qoşulublar. Məktəblilər martın 15-dən 18-dək Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olacaqlar.

  • Samux Rayon İcra Hakimiyyətinin Başçısı vət...

    Samux Rayon İcra Hakimiyyətinin Başçısı vətəndaşların növbəti fərdi qaydada qəbulunu keçirdi

    2019-03-14

    Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.

Foto qalereya