Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Qarayeri qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi şəhidi Məmmədov Bayram Elnur oğlunun ailəsi ziyarət olundu.

27 aprel 2021 | 16:00

Samux rayonunun Qarayeri qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi şəhidi Məmmədov Bayram Elnur oğlunun ailəsi ziyarət olundu. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin  əməkdaşları, şəhidin valideynləri, yaxınları , Aqrar inkişaf könüllüləri və Qarayeri qəsəbə nümayəndəsi Məftun Yusifov iştirak etdilər. Valideynləri və yaxınları şəhid haqqında öz təsürratlarını  ölüşdülər. Belə tədbirlərin təşkil olunmasında əsas məqsəd şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, keçdikləri şərəfli döyüş yolunun təbliğ olunması, gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, şəhid  ilələrinin diqqət mərkəzində saxlanılmasıdır. Məmmədov Bayram Elnur oğlu 11 mart 2001-ci ildə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi zamanı  döyüşlərdə qəhrəmancasına şəhid olub. Samux rayonunda dəfn olunub. Subay idi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər